ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp bildirib ki, əmisinin çox ümidsiz şəkildə sevgiyə ehtiyacı var.
HİT.az xəbər verir ki, bu fikri o, özünün “Mary Trump Live” adlı onlayn proqramında səsləndirib. Proqramdan bir hissəni “The Independent” yayıb.
Onun sözlərinə görə, Trampın özünü təsdiqləmək ehtirasına görə hamı əziyyət çəkir.
"Məhz atasının onu necə korlaması və zədələməsi nəticəsində heç vaxt almadığı və heç vaxt da ala bilməyəcəyi bir şey var - o da sevgidir", deyə o bildirib.
Meri Tramp əlavə edib ki, əmisinə FİFA tərəfindən ilk dəfə sülh mükafatının verilməsi də onun sevgi həsrətinin göstəricisidir. Onun fikrincə, Tramp əslində Nobel Mükafatını almağı arzulayırdı. O deyib ki, prezident daha çox pul, daha çox hakimiyyət, daha böyük bal zalı, daha çox saxta medallar, saxta mükafatlar və saxta təltiflər istəyir, çünki bunların ruhunda qalan boşluğu dolduracağını düşünür.
Meri Tramp Donald Trampın böyük qardaşı Fredin qızıdır. Atası 1981-ci ildə vəfat etdikdən sonra Merinin əmisi və əmiuşaqları ilə münasibətləri tədricən pisləşib. O, 2020-ci ildə “Çox və heç vaxt yetərli deyil: ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı” adlı kitabını nəşr etdirib və orada əmisi barədə bir sıra tənqidi fikirlər səsləndirib.
Samir


