ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqında söz azadlığına qoyulan məhdudiyyətlər, Ukrayna böhranı və kütləvi miqrasiya səbəbindən Avropa İttifaqı ilə "açıq düşmənçilik" aparır.
HİT.az xəbər verir ki, "Axios" bu barədə məlumat verərək münaqişəni "yeni soyuq müharibə" adlandırır.
Nəşr yazır ki, qarşıdurmanın qığılcımı Aİ-nin İlon Maskın sosial şəbəkəsi X-ə əsas reklam məlumatlarını gizlətdiyinə, tədqiqatçıların ictimai məlumatlara çıxışını blokladığına və mavi işarənin "aldadıcı" dizaynına görə 120 milyon avro cərimə etməsi olub.
Mask Aİ-ni söz azadlığını boğmaqda günahlandırdı, dövlət katibi Marko Rubio cəriməni "bütün Amerika texnologiya platformalarına və Amerika xalqına hücum" adlandırdı, vitse-prezident Cey Di Vens isə bunu "zibil" adlandırıb və sanksiyanı X-in Aİ senzurasını tanımaqdan imtina etməsi ilə əlaqələndirb. Respublikaçı senator Ted Kruz da Trampı AB-yə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Ağ Evin 5 dekabr 2025-ci ildə dərc etdiyi yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası Aİ ilə ABŞ arasındakı münasibətləri daha da mürəkkəbləşdirib. Strategiya Aİ-ni nəzarətsiz miqrasiya, senzura və "demokratik prosesləri pozmaqda" günahlandırıb.
Avropa rəsmiləri sənəddən qəzəbləniblər. Almaniya kansleri Fridrix Merz onun bəzi müddəalarını qəbuledilməz adlandırıb və Aİ-nin Xarici İşlər və Milli Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ-ın Avropanı deyil, Rusiyanı tənqid etməsini təklif edib.
Avropa İttifaqının keçmiş vitse-prezidenti Cozef Borrel Strategiyanı "Aİ-yə qarşı siyasi müharibə elanı" adlandırıb və Avropa liderlərini "Trampın bizim düşmənimiz olmadığını iddia etməyi dayandırmağa" çağırıb.
Samir


