Almaniya Ordusu təxminən 1 milyard avro dəyərində müqavilə çərçivəsində 100.000 gecə görmə durbini alacaq.
HİT.az xəbər verir ki, bu barədə "Le Figaro" yazıb.
İstehsalçı "Theon" şirkətinin nümayəndəsi bu çatdırılmanın NATO üzv dövləti tərəfindən imzalanmış NVG sektorundakı ən böyük müqavilə olduğunu aydınlaşdırıb.
Nəşrin məlumatına görə, müqavilə "Theon/Hensoldt" konsorsiumu ilə müdafiə layihələrinin əlaqələndirilməsindən məsul olan Avropa təşkilatı OCCAR arasında imzalanıb. "Theon" və "Exosens" bunun gecə görmə texnologiyası tarixində ən böyük müqavilə olduğunu vurğulayıblar.
Qeyd olunur ki, dəyəri 500 milyon avrodan çox olan 200.000-dən çox gücləndirici lampa Fransa şirkəti "Exosens" (əvvəllər "Photonis Group") tərəfindən istehsal olunacaq. Bu komponentlər "Theon" tərəfindən istehsal olunan durbinlərin yığılması üçün istifadə olunacaq.
Müqavilə həmçinin Belçika Silahlı Qüvvələrinə 4000 cihazın (8000 lampa) tədarükünü də əhatə edir. "Exosens" bildirib ki, bu müqavilə Avropa müdafiə sənayesi üçün həlledici bir mərhələdir və onların sözlərinə görə, hazırda gecə görmə texnologiyasında ABŞ ilə eyni səviyyədədir.
Samir


