ABC: Ukrayna ABŞ-a yenidən işlənmiş 20 bəndlik sülh planı təqdim etdi

DÜNYA
16:04 / 11.12.2025
41

Ukrayna tərəfi ABŞ-a Prezident Donald Trampın münaqişələrin həlli üçün yenilənmiş planını təqdim edib. 

HİT.az xəbər verir ki, ABC bu barədə mənbələrə istinadən məlumat verib.

"Cümə axşamı səhəri sülh danışıqlarına yaxın olan Ukrayna rəsmisi "ABC News"a bildirib ki, Ukrayna ABŞ-a yenidən işlənmiş 20 bəndlik sülh planı təqdim edib", deyə telekanal bildirib.

ABC-nin məlumatına görə, yenidən işlənmiş planda ərazilər və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarətlə bağlı bəzi yeni ideyalar var.

Donald Trampın yenilənmiş sülh planı Rusiyanın Krım, Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikası (LXR) üzərində nəzarətini möhkəmləndirməyi və Xerson və Zaporojye bölgələrindəki təmas xəttində dayanmağı hədəfləyir. Bu barədə Ukraynanın "Zerkalo Nedeli" (Mirror Weekly) nəşri məlumat verib.

Medianın məlumatına görə, sülh planı dörd sənəddən ibarətdir: 20 maddəlik saziş, Ukrayna üçün təhlükəsizlik zəmanətləri, Ukraynanın NATO-ya daxil olması ilə bağlı ABŞ öhdəlikləri və ayrıca ABŞ-Rusiya sazişi.

"Bloomberg" agentliyi Ukraynanın ABŞ prezidenti Donald Trampın yeni münaqişələrin həlli planına təhlükəsizlik zəmanətlərini və ölkənin yenidən qurulmasını əhatə edəcək iki əlavə saziş hazırladığını bildirib.

Samir

0