Müasir dünyada, bir çox peşələrin planetin istənilən nöqtəsindən uzaqdan işləməyə imkan verməsi ilə, dünyanı aylarla gəzmək getdikcə trendə çevrilir. Ağıllı planlaşdırma ilə bu, həqiqətən də dünyanı görmək üçün yaxşı bir yoldur, lakin müəyyən çətinliklərə də hazırlıqlı olmaq lazımdır.
HİT.az xəbər verir ki, "Business Insider" nəşrinin səhifələrində 5 il səyahət təcrübəsindən bəhs edən amerikalı səyyah Tokkara Best öz hekayəsini danışıb.
Qadın əri ilə birlikdə səyahət baxımından böyük təcrübəyə malik olub, lakin yay məzuniyyətləri bunun üçün ona kifayət etməyib. Buna görə də o, işdən çıxıb və uzaqdan işləyə bilən əri ilə birlikdə səyahətə yollanıb. Əvvəlcə planlaşdırılıb ki, onlar bir il səyahət edəcəklər, amma nəticə bir qədər fərqli olub.
Qadın qeyd edib ki, bu qərarı vermək əslində çətin olmayıb, çünki onların öz evi yox idi və hələ uşaq sahibi olmamıyıbar, buna görə də bir yerə sıx bağlı deyildilər.
Uzunmüddətli səyahət üçün cütlük kifayət qədər böyük bir pul məbləği – 40.000 dolların üzərində yığmışdı. Əvvəlcə cütlük Mərkəzi və Şərqi Avropanı gəzib, sonra Cənub-Şərqi Asiyaya yollanıb, daha sonra isə Qərbi Avropa ölkələri gəlib.
Tokkaranın sözlərinə görə, bir illik fasiləsiz səyahətdən sonra onların bank hesabı tükənməyib, çünki əri uzaqdan işləyib və həm də öz səyahət bloqlarından əlavə qazanıblar. Buna görə də cütlük dünya səyahətini davam etdirməyə qərar verib.
Amerikaya qayıtmağa onlar daha yarım il sonra, qadın hamilə qalanda qərar veriblər. Uşaq doğulduqdan sonra isə cütlük artıq öz ölkəsində, ABŞ-da səyahət etməyə başlayıb – burada da turizm üçün maraqlı istiqamətlər az deyil.
Ümumilikdə cütlük fasilələrlə beş il dünyanı və daha sonra ABŞ ştatlarını gəzib. Lakin, hər gün işə getmək lazım olan adi həyat ritminə qayıtmaq asan iş olmayıb.
"Son bir il yarım ərzində mən tam iş günü ərzində mənalı bir iş axtarırdım, bu da müasir rəqabətli əmək bazarında xüsusilə çətin idi", deyə o etiraf edib.
Qadın qeyd edib ki, uzun səyahətlərə çıxmaq qərarına görə peşman deyil. Amma etiraf edib ki, yəqin ki, belə səyahətləri maksimum bir illə məhdudlaşdırmaq daha yaxşı olardı.
Samir


