Finlandiya Rusiya ilə sərhəddə 140 kilometrlik hasar tikib

DÜNYA
17:02 / 12.12.2025
47

Finlandiya Rusiya ilə sərhədində planlaşdırılan 200 kilometrlik hasarın təxminən 140 kilometrini tikib. 

HİT.az xəbər verir ki, "Uutissuomalainen"in Finlandiya Sərhəd Mühafizəsinə istinadən verdiyi məlumata görə, işlərin 2025-ci ilin yayına qədər başa çatdırılması planlaşdırılır.

2025-ci ilin noyabr ayının sonunda "Yle" şərq sərhəd hasarının tikintisinin başa çatmaq üzrə olduğunu bildirib. Hasar Rusiya sərhədindən təxminən 1 kilometr məsafədə tikilir. Sərhədi davamlı olaraq izləmək üçün hər 20 metrdən bir CCTV kameraları, hər 500 metrdən bir texniki xidmət qapıları və hər 3 kilometrdən bir heyvan keçidləri quraşdırılacaq.

Hasarın hündürlüyü 4,5 metrdir və tikanlı məftillərlə örtülüb.

Rusiya-Finlandiya sərhədinin ümumi uzunluğu 1300 kilometri keçir və Finlandiya hakimiyyəti məhdud maliyyələşdirmə səbəbindən hasarı bütün uzunluğu boyunca tikə bilməyəcəklərini etiraf edir. Tikintinin ümumi dəyəri 2,5 milyard avro olaraq qiymətləndirilir. Hər 200 kilometr hasara Finlandiya hakimiyyəti təxminən 362 milyon avro xərcləyir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a hasarın tikintisi ilə bağlı şərhində Finlandiya hakimiyyətinə "ən pis fobiyaların" hökm sürəcəyi təqdirdə tualet tikməyi unutmamağı tövsiyə edib.

Samir

0