AK prezidenti: Aİ müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirməlidir

DÜNYA
17:34 / 12.12.2025
45

"Avropa İttifaqı çox yaxın gələcəkdə müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirməlidir". 

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bunu "Politico"ya verdiyi müsahibədə bildirib.

Avropa Komissiyası rəhbərinin sözlərinə görə, Aİ artıq müdafiə qabiliyyətlərini artırmaq üçün bütöv bir proqram qəbul edib. Lakin o, Aİ-nin özünü tam müdafiə edə biləcəyi sualına cavab verməyərək, qurumun "vaxt lüksünə" sahib olmadığını vurğulayıb.

"Gələcəkdə nə baş verəcəyini proqnozlaşdıra bilmərik, amma deyə bilərik ki, müdafiə çox təcili bir məsələdir və biz daha tez hərəkət etməliyik", deyə Ursula fon der Leyen bildirib.

O, həmçinin vurğulayıb ki, indi Ukrayna üçün real təhlükəsizlik zəmanətləri ilə Avropa qitəsində ədalətli və davamlı sülh bərqərar etmək vacibdir. Sülh müqaviləsi növbəti münaqişənin toxumlarını səpməməlidir.

Dekabrın əvvəlində "Reuters" agentliyi Aİ-nin 2030-cu ilə qədər özünümüdafiəyə hazır olmağı qarşısına məqsəd qoyduğunu bildirmişdi. Xüsusilə, Aİ hava hücumundan müdafiə sistemləri, dronlar, kibermüharibə, sursat və digər sahələrdə "boşluqları aradan qaldırmağı" planlaşdırır.

Samir

0