"Müharibə kölgəsi Avropanın qapısını döyməyə başlayıb, ona görə də region hazırlıqlı olmalıdır".
HİT.az "Politico"ya istinadən xəbər verir ki, bunu Britaniya Ordusunun katibi Al Karnes deyib.
"Müharibə kölgəsi Avropanın qapısını döyür", deyə o vurğulayıb.
Karnesin sözlərinə görə, NATO müttəfiqləri Rusiyaya cavab verməyə hazır olmalıdırlar.
Britaniya ordusunun fikrincə, Avropa artıq "seçim müharibələri" ilə deyil, çoxlu insan itkisi ilə müşayiət olunacaq "zərurət müharibələri" ilə üzləşir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin III Dünya müharibəsinə çevrilə biləcəyini bildirmişdi: "Nəzarətdən çıxmasa, bu, ABŞ-a həqiqətən təsir etmir. Belə şeylər üçüncü dünya müharibələri ilə nəticələnir. O biri gün dedim ki, əgər hamı bu cür oyunlar oynamağa davam edərsə, siz də üçüncü dünya müharibəsində qalib gələcəksiniz".
Trampın sözlərinə görə, ABŞ belə bir inkişaf istəmir.
NATO-nun baş katibi Mark Rutte isə 11 dekabrda bildirib: "Babalarımızın və ulu babalarımızın yaşadığı kimi bir müharibəyə hazırlaşmalıyıq".
Samir


