Kreml Avropa və Ukraynanın sülh planına düzəlişlərini rədd etməklə hədələyir - ISW

DÜNYA
14:41 / 15.12.2025
45

Kreml, əvvəllər Rusiya üçün çox sərfəli olan ABŞ-ın sülh planının əsas bəndlərini qəbul etmədikdən sonra, indi də Ukrayna və Avropanın sülh planı layihələrini rədd etmək üçün şərtlər qoyur. 

HİT.az xəbər verir ki, bunu Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yazır.

Xüsusilə, rus diktatorunun müşaviri Yuri Uşakov bildirib ki, Rusiya öz mövqeyini "çox aydın" ifadə edib və əgər Ukrayna və Avropa sülh planına düzəlişlər etsə, Rusiyanın "qəti etirazları" olacaq.

Onun sözlərinə görə, Rusiya, Donbasda tərksilah edilmiş "bufer" zonası haqqında hər hansı müzakirələr də daxil olmaqla, müxtəlif "ərazi məsələləri" ilə bağlı bəndləri qəbul etməyəcək.

Eyni zamanda, Kremlin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Rusiya sülh sazişinə dair Avropanın mövqeyinin yenidən nəzərdən keçirilməsi ilə maraqlanmır.

ISW xatırladıb ki, 11 dekabrda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, təmas xətti əsasında ərazi mübadiləsi və Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlı orijinal planın bəndləri də daxil olmaqla, ABŞ-ın sülh planının yeddi bəndini rədd edib.

Samir

0