Müasir Bolqarıstan ərazisindəki nekropolda işləyən arxeoloqlar, təxminən 7 min il əvvəl təhlükəli şir hücumundan sağ qalmış gənc kişinin skeleti - möhtəşəm bir sağ qalma hekayəsi aşkar ediblər.
HİT.az "Interesting Engineering"ə istinadən xəbər verir ki, bu insan müasir tibbi yardım olmadan, öz icmasının qayğısı sayəsində sağ qalıb.
Məlumatda deyilir ki, Kozareva qəbiristanlığındakı 59 nömrəli qəbri açarkən tədqiqatçıları onun tərkibi dərhal təəccübləndirib. Dəfində heç bir dəfn əşyası yox idi və bədən qonşu qəbirlərdən daha dərinə qoyulmuşdu. Sol tərəfinə qoyulmuş skeletdəki qeyri-adi izlər dərhal alimlərin diqqətini cəlb edib.
Sonrakı analiz göstərib ki, dövrünə görə çox hündür boylu gənc kişi şir hücumunun qurbanı olub. Sümüklərdəki yaralar tədricən ürəksoyadan bir hadisə səhnəsi yaratdı ki, bu da tarixöncəsi dövrün reallığından daha çox sənədli film səhnəsini xatırladır.
Tədqiqatçılar qarşısında əsas sual durdu: o, necə sağ qalıb? Arxeoloji məlumatlar göstərir ki, ağır əlilliyinə baxmayaraq, icma onu öz taleyinə tərk etməyib.
"Böyük yırtıcının hücumundan şübhələnən alimlər zədələrin xarakterini böyük ət yeyən heyvanların diş və çənələri ilə müqayisə etdilər. Məhkəmə-antropoloji təhlil təsdiqlədi: travmalar böyük yırtıcının, çox güman ki, şirin diş izinə uyğundur", deyə məqalədə bildirilir.
"Live Science"ın məlumatına görə, şir arxadan hücum edərək kişini yıxıb və başından dəfələrlə dişləyib. Kəllədə üç ağır zədə aşkar edilib. Yırtıcı kəllə qutusunu deşib ki, bu da çox güman ki, beyin zədəsinə səbəb olub. Bundan əlavə, incik sümüyü parçalanmış, köksük və çiyin sümüyü zədələnib.
"Ən əsası, bütün bu travmalarda sağalma izləri var idi. Bu o deməkdir ki, yaralı uzunmüddətli qayğı alıb. Bədəninin ciddi deformasiyası səbəbindən özü hərəkət edə bilməyib və daimi köməkə ehtiyacı olub, amma hücumdan sonra da uzun müddət yaşayıb. Tədqiqatçıların qiymətləndirməsinə görə, onun icması ona ixtisaslaşmış qayğı göstərb", deyə tədqiqatçılar qeyd edirlər.
Alimlərin sözlərinə görə, bu regionda şir hücumunun baş verməsi son dərəcə nadir hal idi, amma bu, erkən əkinçi icmalar arasında yüksək səviyyədə rəhm və qarşılıqlı yardımın olduğunu göstərir. Kişi artıq əkinçilik kimi vacib fiziki iş görə bilmirdi, amma icma onun həyatını şüurlu şəkildə dəstəkləyib.
Hətta bəzi tədqiqatçıların fərziyyəsinə görə, o, travmadan sonra cəmi bir neçə ay yaşasa belə, qayğı faktı özü dərin qədimdə sosial həmrəylik üçün təsiredici bir nümunədir.
Eyni zamanda, dəfn üsulu onun sosial statusunun dəyişdiyinə işarə edə bilər - kişinin qalıqları adətən dəfn hədiyyələri olmadan böyüklər və yeniyetmələrin dəfn olunduğu qəbiristanlıq hissəsində tapılıb.
Samir


