Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşet Ukraynadakı münaqişənin həlli üçün ABŞ sülh planında Ukrayna Silahlı Qüvvələrinin nəzarət etdikləri Donbas hissəsindən çıxarılmasını tələb edən bəndin təhlükəsi barədə xəbərdarlıq edib.
HİT.az xəbər verir ki, bu barədə ARD televiziya kanalı məlumat yayıb.
"Sadəcə ərazi mübadiləsi sülh gətirməyəcək. Çünki Donbasın bu bölgəsi Ukrayna üçün təkrar işğalın qarşısını almaq üçün strateji əhəmiyyət kəsb edir", deyə Laşet Berlində Ukrayna-ABŞ danışıqlarını şərh edərkən bildirib.
Bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ABŞ-ın Rusiya ilə sülh müqaviləsi üçün şərt kimi Ukrayna Silahlı Qüvvələrinin nəzarət etdikləri Donbas hissəsindən çıxarılmasında israr etdiyini təsdiqləyib. Onun sözlərinə görə, ABŞ kompromis təklif edib: Rusiya Donbasın Kiyevin nəzarətində olan hissəsinə girməyəcək, lakin Ukrayna Silahlı Qüvvələri də geri çəkiləcək. Zelenski bunun ədalətsiz olduğunu deyib. Siyasətçi vurğulayıb ki, Ukrayna qoşunları geri çəkilərsə, Rusiya Silahlı Qüvvələri də eyni şeyi etməlidir.
Dövlət başçısı bildirib ki, Ukrayna "olduğumuz yerdə qal" variantında israr etməyə davam edir.
Samir


