Milyarder Sidney terrorçusunu zərərsizləşdirən şəxsə 100 min dollar bağışladı

DÜNYA
18:55 / 15.12.2025
42

Amerikalı milyarder Bill Ackman avstraliyalı meyvə köşkü sahibi Əhməd əl-Əhmədə 99.990 dollar bağışlayıb.

HİT.az xəbər verir ki, "Bloomberg"ın məlumatına görə, iş adamının hedcinq fondu olan "Pershing Square Capital Management" oxşar hərəkətlər edən insanlar üçün təşviq proqramı yaradacaq.

Əhməd əl-Əhməd Sidneydəki Bondi çimərliyində terrorçunu tərksilah edib və bu zaman yaralanıb. Ackman onu "cəsur qəhrəman" adlandırıb. 

Milyarder pulu Əhməd əl-Əhməd üçün xüsusi "GoFundMe" ianə toplanışına bağışlayıb. Kişi üçün 1 milyon dollardan çox vəsait toplanıb. ABŞ prezidenti Donald Tramp da Əhməd əl-Əhmədə "böyük hörmət" ifadə edib və onun bir çox insanın həyatını xilas etdiyini söyləyib.

Sidneydəki Bondi çimərliyində baş verən atışmada 16 nəfər həlak olub, 42 nəfər yaralanıb. İki kişi yəhudilərin Hanuka bayramı üçün toplaşan insanlara hücum edib. Avstraliya polisi hadisəni terror hücumu kimi təsnif edib.

Samir
 

0