Almaniyanın Federal Maliyyə Nazirliyi gözlənilmədən mirasçı olub: dörd şəxs pullarını dövlətə miras qoyub.
HİT.az xəbər verir ki, ümumi məbləğ 336 min avro təşkil edir. Bu barədə Almaniya Daxili İşlər Nazirliyinin hesabatında bildirilir.
Ən böyük miras 108 360 avro, ən kiçiyi isə 52 400 avro olub. Bütün vəsaitlər Maliyyə Nazirliyi vasitəsilə federal büdcəyə köçürülüb.
Ümumilikdə keçən il federal hökumət sponsorlar və digər mənbələrdən 33,6 milyon avro məbləğində pul və xidmətlər alıb. Buraya yalnız birbaşa ianələr deyil, həm də, məsələn, ödənişsiz xidmətlər və reklam sahələri daxildir.
Ən çox - təxminən 18 milyon avro - Səhiyyə Nazirliyinə çatıb. Bu vəsaitin əsas hissəsi məlumatlandırıcı və profilaktik kampaniyalar üçün ödənişsiz reklam sahələrinə sərf olunub. Mədəniyyət Nazirliyi təxminən 7 milyon avro alıb - əsasən mədəni tədbirlərin keçirilməsi və muzeylərin dəstəklənməsi üçün.
Qeyd etmək lazımdır ki, Almaniya Xarici İşlər Nazirliyi Rusiyadan ümumilikdə 24 min avro dəyərində dörd ianə deklarasiya edib. Pul Almaniyanın Rusiyadakı şirkət bölmələri - "Heidelberger Cement", "Ehrmann" və "Liebherr" - həmçinin "Olson Consulting "konsaltinq şirkəti tərəfindən köçürülüb.
Samir


