Alman avtomobil nəhənglərinin mənfəəti 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşdü

DÜNYA
20:30 / 15.12.2025
45

Alman avtomobil sənayesi son 15 ilin ən pis rübünü yaşayır. 

HİT.az xəbər verir ki, EY konsaltinq şirkətinin təhlilinə görə, "Volkswagen", BMW və "Mercedes-Benz" şirkətlərinin əməliyyat mənfəəti iyul-sentyabr ayları arasında 76% azalaraq təxminən 1,7 milyard avroya düşüb.

Bu, 2009-cu ildən bəri ən aşağı göstəricidir, baxmayaraq ki, ümumi gəlir və satışlar nisbətən sabit qalıb. Böyük avtomobil sənayesinə malik başqa heç bir ölkə belə zəif nəticə bildirməyib.

Uzun illərdir Alman avtomobil brendlərini dəstəkləyən bazar olan Çin xüsusilə ağır zərbə alıb. Orada satışlar 9% azalıb və Çinin ümumi satışlardakı payı 39%-dən 29%-ə düşüb. Premium modellər daha pis satılır və elektrikli avtomobil seqmentində alıcılar getdikcə yerli brendləri seçirlər.

"Qlobal avtomobil sənayesi dərin böhran içindədir, lakin hazırda ən çox əziyyət çəkən Alman avtomobil istehsalçılarıdır", deyə EY avtomobil eksperti Konstantin Qall "Bild"ə bildirib.

Almaniyada "Bosch", "Mercedes" və "Volkswagen" artıq işçilərinin ixtisar olunduğunu elan ediblər. EY bu cür tədbirləri ağrılı, lakin qaçılmaz hesab edir.

Qall əlavə edib ki, iş yerlərinin ixtisar edilməsi ağrılıdır, lakin uzunmüddətli perspektivdə onlar rəqabət qabiliyyətini artıracaq.

Samir


 

0