İrlandiya Rusiya təhdidi səbəbi ilə NATO-ya qoşulmağı düşünür.
HİT.az bu barədə "Euractiv"ə istinadən xəbər verir.
Qeyd olunur ki, ölkənin hava məkanında naməlum dronların peyda olması əhali arasında İrlandiyanın neytrallığı və Şimali Atlantika Alyansına qoşulmağın məqsədəuyğunluğu ilə bağlı müzakirələrə səbəb olub. Sorğulara görə, irlandların təxminən 1/3-i bu variantı dəstəkləyir, digər /3-i isə qərarsızdır.
İrlandiyanın NATO-ya mümkün daxil olmasının əsas rəqibi Rusiya ilə münasibətlərin normallaşdırılmasını tələb edən solçu Şinn Fein Partiyasıdır.
Bu ilin noyabr ayında İrlandiya prezidenti Ketrin Konnolli ölkənin hərbi neytrallığını qorumağa sadiq olduğunu bildirib. Siyasətçi andiçmə mərasimindəki çıxışında İrlandiyanın neytrallıq ənənələrinə dəyər verdiyini və 1958-ci ildən bəri davamlı olaraq sülhməramlı fəaliyyətlə məşğul olduğunu vurğuladı. Seçkiyə qədər Konnolli dəfələrlə NATO-nun fəaliyyətini tənqid etmiş və ABŞ ilə NDC-nin "imperiya" fəaliyyəti arasındakı əlaqəni qeyd edib.
Samir


