Britaniya Ukraynaya qüvvələrin yerləşdirilməsi üçün hazırlıqlar aparır

DÜNYA
18:25 / 16.12.2025
48

Britaniya hökuməti təhlükəsizlik zəmanətləri altında sülh bərqərar olduqdan sonra Ukraynaya qüvvələrin yerləşdirilməsi üçün hazırlığı təmin etmək məqsədilə hərbi maliyyələşdirməni artırır. 

HİT.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

"Mən qoşunlarımızı və silahlı qüvvələrimizi təlimləndirməyə davam edirəm ki, sülh gələndə qoşunlarımız yerdə, təyyarələrimiz isə havada yerləşdirilməyə hazır olaq", deyə Britaniya müdafiə naziri Con Hili bildirib.

Onun sözlərinə görə, Ukraynanı dəstəkləmək üçün onlarla ölkənin birləşməsi Kiyevə sadiqliyin simvoludur. Nazir qeyd edib ki, Moskva ilə Kiyev arasındakı münaqişədə dönüş nöqtəsi yaxınlaşır. Siyasətçi bildirib ki, Berlində danışıqlar əvvəlkindən daha da irəliləyib.

Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini İqor Jovkva daha əvvəl bildirmişdi ki, "istəklilər koalisiyası" adlanan ölkələrin liderləri Rusiya ilə münaqişənin bitməsindən sonra təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq respublika ərazisində "dəstək qüvvələri" yerləşdirməyə hazır olduqlarını bildiriblər.

Samir
 

0