"Avropa artıq Rusiya ilə ciddi müharibə təhlükəsi ilə üzləşir".
HİT.az xəbər verir ki, bunu müdafiə üzrə ekspert və Almaniya Bundestaqının XDİ üzvü Roderix Kizevetter NTV-də deyib.
"Rusiya Belarusda iki ordu korpusu yerləşdirib, yəni NATO ölkələrinə zərbə endirə biləcək təxminən 360.000 döyüşə hazır əsgər", deyə o, qeyd edib.
Siyasətçi iddia edir ki, hərbi iqtisadiyyat sayəsində Putin Ukraynada heç istifadə olunmayan yüz minlərlə əsgərə təlim keçir: "Putinin nəhayət özünə gələcəyini düşünməyi sadəlövhlük hesab edir. O, 2026 və 2027-ci illərin kritik olacağına inanır, lakin daha güclü müdafiə imkanları və ehtiyatlılıqla Avropa bunlardan sağ çıxa bilər".
Samir


