"Telegraph": ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı ultimatum verib

DÜNYA
17:34 / 16.12.2025
48

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı "platin" təklifini qəbul etməyi tövsiyə edib, əks halda Kiyev onları tamamilə itirmək riski ilə üzləşir. 

HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" mənbələrə istinadən məlumat verib.

15 dekabrda Berlində keçirilən danışıqlar zamanı Kiyevə Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən zəmanətlər təklif edilib. ABŞ nümayəndələri bu zəmanətlərin müddətsiz olmayacağını vurğulayıblar. Ukraynaya şərtlərlə razılaşmalı olan "vaxtla məhdud seçim" verilib.

Vaşinqtondakı mənbələr təklif olunan tədbirləri "platin standartı" kimi təsvir edərək, həm Ukraynanın, həm də Avropa ölkələrinin onlardan məmnun olduğunu qeyd ediblər. Onların sözlərinə görə, bu təkliflər ABŞ prezidenti Donald Trampın Rusiya ilə mümkün eskalasiyanın qarşısını almağa yönəlmiş təşəbbüslərinə əsaslanır.

Zəmanətlərin konkret parametrləri açıqlanmayıb. Onlar Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner tərəfindən müzakirə edilib. Daha əvvəl Almaniya kansleri Fridrix Merz Aİ və ABŞ-ın Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılığa gəldiyini bildirmişdi.

Bir gün əvvəl Almaniya kansleri Fridrix Merz ABŞ və Aİ-nin NATO-nun 5-ci maddəsinə bənzər şəkildə Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə razılığa gəldiyini bildirmişdi. Bu o deməkdir ki, ölkəyə hücum edilərsə, təhlükə bütün ittifaq üzvlərinə təsir edəcək və onlar təsirlənmiş dövlətə hərbi yardım da daxil olmaqla, lazımi yardım göstərməyə borcludurlar. Zəmanətlər verilərsə, Zelenski NATO-ya qoşulmaq planlarından imtina etməyə hazırdır.

Samir


 

0