ABŞ Milli Elm Fondu (NSF) "iqlim həyəcanı"na görə Milli Atmosfer Tədqiqatları Mərkəzini (NCAR) bağlayacaq.
HİT.az xəbər verir ki, ABŞ Hökumətinin İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Vought bu barədə X sosial şəbəkəsində məlumat verib.
"Milli Elm Fondu Kolorado ştatının Boulder şəhərindəki Milli Atmosfer Tədqiqatları Mərkəzini bağlamağı planlaşdırır. Bu qurum ölkədə iqlim həyəcanının ən böyük mənbələrindən biridir", deyə o yazıb.
Oktyabrın sonlarında ABŞ prezidenti Donald Tramp milyarder və "Microsoft"un həmtəsisçisi Bill Qeytsin bu məsələ ilə bağlı fikirlərində yanıldığını etiraf etməsindən sonra "iqlim dəyişikliyi aldatmacasına qarşı müharibədə qalib gəldiyini" elan edib. Bu, Qeytsin "Gates Notes" veb saytında qlobal istiləşmənin qarşısını almaq üçün səylərdən imtina etməyə və xəstəliklər və yoxsulluqla mübarizəyə diqqət yetirməyə çağırdığı məqaləsinə verdiyi şərh olub. O, iqlim dəyişikliyinin, xüsusən də ən kasıb ölkələr üçün ciddi nəticələrə səbəb olacağını, lakin "bəşəriyyət üçün mövcudluq təhlükəsinə çevrilməyəcəyini" iddia edib.
Samir


