"Politico": Aİ "təzminat krediti"ndən imtina etsə, imicinə zərər vuracaq

DÜNYA
17:20 / 17.12.2025
46

"Əgər Avropa İttifaqı ölkələri Rusiya aktivlərindən istifadə edərək Ukraynaya "təzminat krediti"nin ayrılması barədə razılığa gələ bilməsələr, bu, Avropanın imicinə böyük zərbə olacaq". 

HİT.az xəbər verir ki, "Politico" bu barədə vəziyyətlə danış olan Avropa rəsmilərinə istinadən yazıb.

Nəşrin mənbələrindən biri bildirib ki, dondurulmuş aktivlərdən istifadə planının təsdiqlənməsi şansları təşəbbüs müzakirələrinin əvvəlindəkindən daha az olub.

Zirvə görüşü ərəfəsində Brüsseldə keçirilən nazirlər görüşünün ardından yüksək vəzifəli bir məmur bildirib: "Ağlamaq istəyirdim".

Ötən həftə Avropa İttifaqı Şurası Rusiya aktivlərini birdəfəlik dondurmaq qərarına gəlib. 18-19 dekabr tarixlərində keçirilən sammitdə Avropa Komissiyası Aİ üzv dövlətlərinin Ukraynaya yardım ayırmaq üçün onları müsadirə etmək barədə razılığını almağa ümid edir. "Politico" mənbələrinə görə, ABŞ bəzi Aİ üzv dövlətlərinə bu planları pozmaq üçün təzyiq göstərməyə çalışır. Vaşinqton bu iddiaları rədd edib.

Samir
 

0