KİV: Tramp Ağ Evin aparat rəhbərini işdən çıxarmaq təklifə gülüb

DÜNYA
20:20 / 18.12.2025
44

ABŞ prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Syuzi Uaylsı işdən çıxara biləcəyi barədə səslənən fikirlərə gülüb. 

HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti Ağ Evdəki mənbələrə istinadən yazıb.

Uaylsın "Vanity Fair" nəşrinə verdiyi müsahibədən sonra onun mümkün istefası ilə bağlı ehtimallar ortaya çıxıb. Müsahibədə o, administrasiyanın fəaliyyəti ilə bağlı müxtəlif məsələlərdən danışaraq bir sıra yüksək vəzifəli şəxsləri tənqid edib. Daha sonra Uayls özü auditoriyanı çaşdırdığını bildirib və jurnalı konteksti nəzərə almamaqda, sözlərini seçmə şəkildə sitat gətirməkdə, həmçinin ABŞ prezidentini və onun komandasını qəsdən mənfi işıqda təqdim etməyə çalışmaqda ittiham edib.

Bundan sonra Tramp jurnalistin müsahibənin məqsədləri ilə bağlı Uaylsı qəsdən yanlış yönləndirdiyini təsdiqləyib. Onun sözlərinə görə, Uayls öz işini çox yaxşı yerinə yetirir.

Mənbənin sözlərinə görə, Tramp Uaylsı işdən çıxara biləcəyi ilə bağlı fərziyyələrə gülüb.

Mənbə əlavə edib ki, Tramp aparat rəhbərindən "Vanity Fair" ilə söhbətlərə bu qədər vaxt ayırmamağı xahiş edib, çünki həmin KİV-in jurnalistləri onlara qarşı heç vaxt xoş münasibət göstərmirlər.

Samir
 

0