Yaponiyada 92 yaşlı Hisako Sakai məşhur döyüş oyunu "Tekken 8" üçün keçirilən "eSports" turnirində yüksək səviyyəli oyun və reflekslər nümayiş etdirərək qalib gəlib.
HİT.az xəbər verir ki, bu barədə "Siliconera" yazıb.
Media xəbərlərinə görə, yarışda 73-95 yaş arası səkkiz oyunçu təkbətək görüşlərdə mübarizə aparıb.
Finalda Sakai 74 yaşlı Qoro Sugiyamanı məğlub edib. Final matçında o, Klaudio obrazını seçib, rəqibi isə Lilini oynayıb. Turnir "YouTube"da canlı yayımlanıb və peşəkar şərhçilərin iştirakı ilə keçirilib.
Tədbirin təşkilatçısı olan "Care eSports Assosiasiyası" 2019-cu ildən bəri yaşlı oyunçular üçün turnirlər keçirir. Hazırda təşkilat Mie, Aiçi və Gifu prefekturalarında seçmə mərhələlərindən keçmiş iştirakçılar üçün ildə iki yarış keçirir. Assosiasiya gələcəkdə ölkənin hər yerindən oyunçuların iştirakı ilə tamhüquqlu milli turnir keçirmək planlarını açıqlanıb.
Samir


