Fransa prezidenti Emmanuel Makron jurnalistlərə bildirib ki, Avropa nümayəndələrinin Rusiya lideri Vladimir Putinlə danışması faydalı olar.
HİT.az xəbər verir ki, bu barədə Politco yazıb.
"Düşünürəm ki, biz avropalılar və ukraynalılar düzgün müzakirə üçün bir çərçivə tapmalıyıq", deyə o bildirib.
Politico-nun məlumatına görə, bu açıqlama bu həftə Berlində keçirilən görüşdən sonra Ukrayna ilə ABŞ, eləcə də ABŞ və Rusiya arasında intensivləşdirilmiş sülh danışıqları fonunda verilib.
Makron həmçinin əlavə edib ki, avropalılara yalnız vasitəçilərlə dialoq aparmağa icazə verilməməlidir.
Yaxın günlərdə ABŞ və Rusiya nümayəndələri arasında Mayamidə Ukrayna üçün Amerika "sülh planı" ilə bağlı danışıqlar keçiriləcək. Rusiyanı danışıqlarda Kremlin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edəcək. Qeyd olunur ki, o, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, eləcə də Trampın kürəkəni Cared Kuşner ilə görüşəcək.
Putin əvvəllər Rusiyanın ABŞ prezidenti Donald Trampın Ukrayna ilə sülh müqaviləsi bağlamaq səylərinə açıq olduğunu bildirmiş və əlavə etmişdi ki, Avropa "qaçılmaz olaraq güclənir" deyə Rusiya ilə danışıqlar aparmaq məcburiyyətində qalacaq.
Kreml lideri əlavə edib ki, Rusiya qitə ilə diplomatiyanı bərpa etməyə açıqdır, əgər mövcud siyasətçilərlə deyilsə, Avropadakı siyasi elitalar dəyişdikdə.
Samir


