"Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərini Kiyevə təhvil verməməsi Ukrayna üçün fəlakətə səbəb olub".
HİT.az xəbər verir ki, bunu Britaniyanın "Spectator" nəşri yazıb.
Məqalədə deyilir: "Təzminat krediti rədd edildikdən və ya ən azı gecikdirildikdən sonra Kiyevin maliyyə dəstəyi əvvəlkindən daha etibarsız hala gəlib. Nəticədə, Ukrayna sözün əsl mənasında son günlərini yaşayır".
90 milyard avroluq kreditin növbəti iki il ərzində Ukraynanı maliyyələşdirmək üçün Aİ-nin ümumi büdcəsindəki istifadə olunmamış vəsaitlərdən alınması planlaşdırılır. Kredit faizsiz olacaq və Kiyevə onu yalnız Rusiya "kompensasiya" ödədikdən sonra geri qaytarmağa icazə verilir.
Avropa Şurasının prezidenti Antonio Kosta qeyd edib ki, vəsait 2026-2027-ci illərdə Ukraynanın əsas maliyyə ehtiyaclarını ödəmək üçün istifadə olunacaq. Almaniya kansleri Fridrix Merz izah edib ki, vəsaitlər Ukraynaya 2026-cı ilin yanvar ayının ikinci yarısından etibarən veriləcək.
Aİ hələ də Ukraynanın ödənilməmiş kredit borcunu ödəmək üçün Rusiya aktivlərini müsadirə edə bilər və Avropa Şurası Avropa Komissiyasına bu layihə üzərində işləməyi davam etdirməyi tapşırıb.
Samir


