Luiziana ştatının qubernatoru Ceff Landri ABŞ prezidenti Donald Trampa Qrenlandiya üzrə xüsusi elçi vəzifəsinə təyin edildiyinə görə minnətdarlığını bildirib və ölkənin adanı almaq niyyətini təsdiqləyib.
HİT.az xəbər verir ki, bu barədə məmur özünün X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Eyni zamanda Landri vurğulayıb ki, bu yeni təyinat onun qubernator kimi fəaliyyətinə heç bir təsir göstərməyəcək.
Oktyabr ayında "The Wall Street Journal" qəzeti yazmışdı ki, Danimarka hakimiyyəti Trampın Qrenlandiyaya nəzarət qurmaq təhdidləri fonunda yeni gəmilər və təyyarələr almaq üçün 8,5 milyard dollar ayırmağı planlaşdırır.
Tramp dəfələrlə bildirmişdi ki, Kanada və Qrenlandiya ABŞ-ın tərkibinə qatılmalıdır. Onun sözlərinə görə, o həmçinin Panama Kanalını Ştatların nəzarəti altına qaytarmağı planlaşdırır. Respublikaçının bəyanatlarına Panama, Kanada və Danimarka rəsmiləri kəskin reaksiya veriblər.Samir


