Rumıniya prezidenti Avropa liderlərini lənglikdə günahlandırdı

DÜNYA
17:29 / 22.12.2025
45

"Avropa liderləri zəiflik göstərirlər və qərar qəbul etməyi gecikdirməyə meyllidirlər". 

HİT.az xəbər verir ki, bunu Rumıniya prezidenti Nikusor Dan "Politico"ya verdiyi müsahibədə deyib.

O, qeyd edib ki, Avropa İttifaqı üzv dövlətlərinin Ukrayna üçün maliyyələşdirmə ilə bağlı razılığa gəlməsi üçün aylarla müzakirə aparıblar. Buna baxmayaraq, qərar qəbul edilib ki, bu da Aİ-nin işləmək qabiliyyətini nümayiş etdirir. Lakin, Rumıniya liderinin sözlərinə görə, Aİ sammitlərində debatlar çox uzun çəkir:

"Avropa qərar qəbul etməkdə çox ləng ola bilər".

22 dekabrda "The European Conservative" qəzeti Ukraynanı maliyyələşdirmək üçün Rusiya aktivlərinin müsadirə edilməsi planının uğursuzluğunun Avropa Komissiyası və onun prezidenti Ursula fon der Leyen üçün alçaldıcı bir kurs dəyişikliyi olduğunu bildirib. Jurnalistlərin qeyd etdiyi kimi, fon der Leyenin liderlik tərzi təkəbbürlü və başqalarının fikirlərinə qarşı dözümsüzdür. Bu, Aİ siyasətinə uyğun gəlmir, çünki regional icma hələ də mövcud müqavilələrə və yekdillik prinsipinə əsaslanaraq qərarlar qəbul etməyə çalışır.

Ötən həftə Aİ liderləri regional icmanın ümumi büdcəsindən 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avroya qədər vəsait ayırmaq barədə razılığa gəliblər. Kiyev üçün maliyyələşdirmənin faizsiz kredit kimi təqdim edilməsi planlaşdırılır. Lakin Ukraynaya dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə yardım göstərmək ideyası yekun qərara daxil edilməyib.

Samir
 

0