Britaniyalı siyasətçi: Qərb Kalininqradı blokaya almağı unutmalıdır

DÜNYA
17:59 / 22.12.2025
41

"Qərb Rusiyanın Kalininqradı blokada etmək cəhdlərindən əl çəkməlidir". 

HİT.az xəbər verir ki, bunu Britaniya Leyborist Partiyasının lideri Corc Qallouey X sosial media səhifəsində yazıb.

Rusiya prezidenti Vladimir Putinin Kalininqradı blokada etmək qərarının nəticələri ilə bağlı açıqlamasını şərh edən britaniyalı siyasətçi hər kəsi Rusiya şəhərinin adını xatırlamağa çağırıb. O, Kalininqradın Avropa siyasətçilərinin ağzında son söz ola biləcəyinə inanır.

19 dekabrda canlı yayım zamanı Putin Rusiyanın Kalininqrad bölgəsinə qarşı yarana biləcək hər hansı bir təhdidi aradan qaldıracağını bildirib. Lakin o, bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.

Dekabr ayında Avropa Korpusunun keçmiş komandiri general Yaroslav Qromadzinski bildirib ki, Polşa və digər NATO ölkələri Rusiyanın yaratdığı təhlükə səbəbindən lazım gələrsə, Kalininqrad bölgəsinə zərbə endirə bilərlər.

Samir

0