Yəmən hökuməti və üsyançı Ənsar Allah (Husilər) hərəkatının nümayəndələri 2900 məhbusun mübadiləsi barədə razılığa gəliblər.
HİT.az xəbər verir ki, bu barədə "Əl-Hədəs" televiziyası mənbələrə istinadən məlumat verib.
"Yəmən hökuməti ilə husilər arasında əsir mübadiləsi barədə razılaşma BMT və Omanın vasitəçiliyi ilə Məskatda əldə edilib", deyə nəşr bildirib.
Nəşrin mənbələrinə görə, razılaşmanın bir hissəsi olaraq, Yəmən hökuməti 1700 husini azad edəcək. Üsyançı hərəkat isə öz növbəsində mübadilə çərçivəsində 1200 nəfəri hökumətə təhvil verəcək.
Oktyabr ayında husilər Yəməndə BMT işçilərini casusluqda ittiham edərək saxlayıblar. BMT-nin məlumatına görə, Ənsar Allah hərəkatının silahlı üzvləri əvvəlcədən xəbərdarlıq etmədən əraziyə daxil olublar. On bir Yəmən vətəndaşı dindirildikdən sonra sərbəst buraxılıb. Husilər, 15 xarici vətəndaş da daxil olmaqla, 20 əməkdaşını saxlamağa davam etsələr də, qısa müddət sonra onları azad ediblər.
Samir


