Fransa Avropanın siyasi və hərbi mərkəzinə çevrilə bilər.
HİT.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Nəşrin müəlliflərinə görə, Paris nüvə silahlarına malikdir və üç-dörd il ərzində Rusiya ilə toqquşmaya hazırlaşır. ABŞ-ın Avropa təhlükəsizliyindəki zəifləmiş rolunun fonunda Fransa Avropanın lideri ola bilər.
"Fransa prezidenti Emmanuel Makronun Avropa müdafiə məsələlərində liderliyi ələ keçirməsinə ehtiyacımız var: bunu Fransadan başqa kim edə bilər?", deyə bir avropalı diplomat qeyd edib.
Başqa bir mənbə əlavə etdi ki, Paris Avropa təhlükəsizliyi üçün məsuliyyəti London, Berlin, Roma və Varşava ilə bölüşməyə hazırdır.
Bir gün əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius "Die Zeit"ə verdiyi müsahibədə NATO-nun Avropa tərəfdaşlarının kifayət qədər nüvə çəkindirmə qabiliyyətinə malik olmadığını və hələ də ABŞ-a ehtiyac duyduğunu bildirib.
O, Fransa və Böyük Britaniyanın nüvə imkanlarına baxmayaraq, onların lazımi səviyyədə çəkindirmə qabiliyyəti ilə müqayisə edilə bilməyəcəyini bildirib. Pistorius həmçinin qeyd edib ki, Almaniya öz nüvə silahlarını inkişaf etdirə bilməz, çünki bu, onun "iki üstəgəl dörd" müqaviləsi üzrə beynəlxalq öhdəliklərini pozacaq.
Samir


