"Rusiya Ukraynanın sülh razılaşmasına əməl etməsini şübhə altına alır, çünki Kiyev Minsk razılaşmalarını yerinə yetirməyib və bu, amerikalıların və rusların ümumi mövqeyidir".
HİT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski qeyd edib ki, amerikalıları anlamaq lazımdır: onlar aylarla ruslarla dialoq aparırlar və onlara belə deyilir: bəs onların imzalayıb-imzalamamasının nə mənası var? Onlar Minsk razılaşmalarını imzaladılar, amma yerinə yetirmədilər. Prezidentin sözlərinə görə, amerikalılar və ruslar arasında ümumi rəy ondan ibarətdir ki, Ukrayna bu razılaşmaları icra etməyib.
Ukrayna prezidenti vurğulayıb ki, Kiyev bunun doğru olub-olmaması barədə mübahisələrə girmir. Onun sözlərinə görə, Ukraynanın əsas vəzifəsi öz maraqlarını müdafiə etməkdir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata daha əvvəl başlaya bilərdi, lakin Minsk razılaşmalarına uyğun şəkildə razılaşma əldə etməyə ümid edirdi.
Minsk razılaşmaları 2014–2015-ci illərdə Minskdə əldə edilmiş razılaşmalar paketidir və Donbasda münaqişənin nizamlanmasına yönəlib. Əvvəlcə atəşkəs və silahların geri çəkilməsi ilə bağlı Minsk protokolu, daha sonra isə 2015-ci ilin fevralında “normand dördlüyü” tərəfindən razılaşdırılmış və siyasi nizamlanma da daxil olmaqla sülhə aparan addımları detallı şəkildə müəyyən edən “Tədbirlər kompleksi” (“Minsk-2”) qəbul olunub. Tərəflər arasındakı fikir ayrılıqları səbəbindən bu razılaşmalar tam şəkildə həyata keçirilməyib.
Samir

