"Onilliklər boyu Avropa hökumətləri Amerikanın müdafiəsini tərəfdaşlıq deyil, imtiyaz kimi görürdülər. İndi Avropa öz təhlükəsizliyini təmin etməli olacaq".
HİT.az xəbər verir ki, bunu Donald Trampın beynəlxalq danışıqlar üzrə keçmiş xüsusi nümayəndəsi Cason Qreenblatt "Newsweek" üçün yazdığı məqalədə qeyd edib.
Qreenblatt, ABŞ-ın "həmişə xərcləri ödəyəcəyi" barədə Avropa fərziyyəsini "ehtiyatsızlıq" adlandırıb və Avropanın öz müdafiəsini maliyyələşdirməli olduğunu vurğulayıb:
"Amerika vergi ödəyiciləri çəkindirməni maliyyələşdirsə də, bir çox Avropa paytaxtları müdafiə xərclərinə nisbətən kütləvi sosial proqramlara, erkən təqaüdə və liberal immiqrasiya siyasətinə üstünlük verdilər. Siyasi rahatlıq strateji məsuliyyətdən üstün tutuldu, Amerikanın həmişə fərqi ödəyəcəyi fərziyyəsinə əsaslanaraq".
Qreenblatta görə, ABŞ Avropanın daimi sponsoru və ya təhlükəsizliyinin qarantı ola bilməz. O, hesab edir ki, Amerika yaxşı maliyyələşdirilən Avropa müdafiəsini dəstəkləməlidir, onu əvəz etməməlidir. Trampın keçmiş xüsusi nümayəndəsi vurğulayıb ki, Avropa özünü müdafiə etməyə qadirdir və bunun üçün resurslara malikdir. Lakin, onun iradəsi çatışmır.
"ABŞ təhlükəsizlik şəbəkəsi kimi çıxış edə bilər. Avropa ön cəbhədə olmalıdır. Avropa nəhayət ki, qitənin təhlükəsizliyi və gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməlidir. Əsl müttəfiqlər məsuliyyət yükünü bölüşürlər. Onlar başqalarından öz işlərini görmələrini istəmirlər", deyə o bildirib.
Samir


