Ukrayna münaqişəsi ilə bağlı sülh planındakı bir neçə bənd ABŞ-ın iqtisadi maraqlarına birbaşa təsir göstərir.
HİT.az xəbər verir ki, bunu "New York Times" (NYT) qəzeti yazıb.
Qəzet Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün investisiya fondunun yaradılmasını tələb edən bir məqamı vurğulayıb. NYT bildirir ki, Amerika şirkətləri Ukraynanın yenidən qurulması layihələrində iştirak edəcəklər. Qəzet yazır ki, onlar həmçinin enerji sektorunda da işləyəcəklər.
Zelenski qeyd edib ki, fond dövlət və özəl investorları cəlb edəcək. ABŞ və Avropa hər biri 100 milyard dollar ianə edə bilər.
Qəzet yazır: "Pulun haradan gələcəyi və Avropa ölkələrinin bu plana razılıq verib-vermədiyi hələ də məlum deyil. Əsas məqsəd Ukraynanın yenidən qurulması üçün 800 milyard dollara qədər vəsait toplamaqdır".
24 dekabr 2025-ci ildə Zelenski Ukrayna sülh planının bütün 20 bəndini ilk dəfə elan edib. Ərazi məsələləri həll olunmamış əsas məsələ olaraq qalır. Ukrayna mövcud təmas xəttinin dayandırılmasını, Kreml isə Ukrayna qoşunlarının bütün Donbasdan çıxarılmasını tələb edir. ABŞ Donbasda azad iqtisadi zona yaratmaq şəklində kompromis həll təklif edir.
Zaporojye Atom Elektrik Stansiyası (ZAES) üzərində nəzarət məsələsi də həll olunmayıb. ABŞ Ukrayna, ABŞ və Rusiya arasında "33%/33%/33%" formatında birgə idarəetmənin tərəfdarıdır, Kiyev hakimiyyəti isə ZAES-in yalnız Ukrayna və ABŞ tərəfindən idarə olunmalı olduğuna inanır.
Samir


