Marsın tozlu səthində həyat izləri axtaran Perseverance kəşf maşını bu dəfə Qırmızı Planetin özünə aid olmayan xarici bir qonaqla qarşılaşıb.
HİT.az xəbər veruir ki, fevral 2021-dən bəri Jezero kraterini ətraflı şəkildə araşdıran kəşf aracı təxminən 30 nümunəni uğurla toplasa da, indiyə qədər heç bir meteoritlə rastlaşmamışdı. Elm dünyasını heyrətləndirən bu səssizlik keçən aylarda kraterin ortasında peyda olan fərqli bir qaya parçası ilə sona çatıb. Perseverance ətrafındakı qayalardan əyanin şəkildə fərqlənən bu xarici cismi fərq etdiyində Mars geologiyasının kənarında bir kəşfin astanasında olduğunu bilirib.
Fipsaksla adlandırılan bu qaya parçası təxminən 75 santimetr enində və olduqca özünəməxsus bir toxumaya malikdir. Kəşf aracı üzərindəki inkişaf etdirilmiş SuperCam cihazının lazer sistemindən istifadə edərək qayanın kimyəvi xəritəsini çıxarıb. Analizlər nəticəsində qayada sıx miqdarda nikel və dəmir olduğu aşkarlandı. Bu vəziyyət daşın Marsın bir hissəsi olmadığını, Günəş Sisteminin dərinliklərindən gəlib planetə dəyən bir meteorit olduğunu aydın şəkildə göstərir.
Əslində bu kəşf Sentyabr 2025-də edilib, lakin rəsmi qurumlardakı büdcə və iş məhdudiyyətləri səbəbilə ictimaiyyətlə bölüşülməsi Noyabr ayına təsadüf edib. Perseverance bu uğuru ilə əvvəllər oxşar kəşflər edən Curiosity və digər öncü kəşf aparatlarının sırasına adını yazdırmış olur.
Mars üzərində dəmir əsaslı meteoritlərin tapılması alimlərə planetin ekoloji şəraiti haqqında qiymətbiçilməz işarələr təqdim edir. Marsın atmosferi və səth aşınması nəzərə alınanda bu metal meteoritlərin necə belə möhkəm qala bilməsi nəzəriyyəsi hər yeni nümunə ilə bir az daha aydınlaşır. Bu qayalar daş yığını olmaqdan xeyli uzaqlaşaraq, Günəş Sisteminin yaranmasından əvvəlki dövrə aid tozları və ya milyard illik materialları özündə saxlayan bir zaman kapsulu funksiyası daşıyır. Alimlər bu sayədə təkcə qonşu planetimizi deyil, həm də içində yaşadığımız sistemin mənşəyini daha yaxşı anlama fürsəti əldə edir.
Digər tərəfdən, Mars hələ də sirrini qoruyan bir çox qəribəliyə ev sahibliyi etməyə davam edir. Perseverance-in keçən dövrdə rastlaşdığı, lakin NASA mütəxəssislərinin hələ tam izah edə bilmədiyi müxtəlif qaya növləri kəşflərin nə qədər təəccüblü ola biləcəyini göstərir. Fipsaksla üzərindəki tədqiqatlar dərinləşdikcə meteoritin tam olaraq haradan gəldiyi və nə qədər müddətdir Mars torpaqlarında uzanması kimi suallar da cavab tapacaq.
Kəşf aracı planlaşdırılan digər nümunələrini toplamaq üzrə yoluna davam edərkən, planet xarici gələn bu cür qonaqlar elmi araşdırmalara təzə bir həvəs qatır.
Samir


