Dünyanın ən iddialı kosmik layihələrindən birinə başlayan Rusiya gözünü göy üzündəki qonşumuza dikib.
HİT.az xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyi Roskosmos Ayda daimi varlığını möhkəmləndirmək və nəhəng bir tədqiqat bazasını həyata keçirmək üçün 2036-cı ilədək səthə bir enerji stansiyası qurmağı hədəfləyir. Bu addım təkcə qısa müddətli səfərlərin deyil, həm də Ayda uzunmüddətli bir yaşayış və iş qaydasının da qapısını aralayır.
Roskosmos bu kritik layihəni həyata keçirmək üçün ölkənin aparıcı aviasiya və kosmik qurumu Lavoçkinlə rəsmi imzalar atıb. Qurulacaq stansiyanın əsas vəzifəsi bölgədəki gəzici vasitələri, qurulması planlaşdırılan nəhəng rəsədxananı və ən əsası Rusiya ilə Çinin birgə apardığı Beynəlxalq Ay Tədqiqat Stansiyasının bütün infrastrukturunu qidalandırmaq olacaq. Roskosmos rəsmiləri bu addımı tək uçuşlardan çıxaraq, Ayın kəşfində daimi və sabit bir proqrama keçidin ən strategiy hissəsi kimi təsvir edirlər.
Rəsmi açıqlamalarda layihənin texniki detalları haqqında "nüvə" sözü birbaşa işlədilməsə də, əməkdaşlıq edən qurumlar tablonun aydınlaşmasını təmin edir. Layihədə Rusiya dövlət nüvə enerjisi şirkəti Rosatom və ölkənin ən prestijli nüvə tədqiqat mərkəzi olan Kurçatov İnstitutunun yer alması stansiyanın enerji mənbəyinə dair güclü bir işarə verir. Çünki Günəş işığının olmadığı dondurucu Ay gecələrində fasiləsiz enerji təmin etmək üçün nüvə gücündən başqa bir alternativ hazırda mümkün görünmür.
Roskosmosun rəhbəri Dmitri Bakanov keçən dövrdə etdiyi açıqlamalarda qurumun prioritet hədəfləri arasında Aya nüvə enerjisi daşımaqla yanaşı, Yerin oxşarı sayılan Veneranı kəşf etməyin də yer aldığını vurğulamışdı. 2036-cı il Rusiyanın kosmosdakı bu nəhəng enerji addımı üçün müəyyən etdiyi kritik dönəş nöqtəsinə çevrilib.
Samir

