AK prezidenti 2026-cı ildə davamlı sülhə ümid edir

DÜNYA
19:45 / 25.12.2025
45

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen 2026-cı ildə Ukraynada sülhə ümid edir. 

HİT.az xəbər verir ki, o, bunu sosial media platforması X səhifəsində yazıb.

"Xüsusilə Ukraynadakı dostlarımızı düşünürük. Ümid edirik ki, gələn il ədalətli və davamlı sülh və nəticədə ittifaqımıza təhlükəsiz, firavan gələcək gətirəcək", deyə o qeyd edib.

Fon der Leyen dünyanı "təlatümlü" adlandırıb və Miladın "nəfəs almaq" və "yavaşlamaq" üçün bir fürsət təqdim etdiyini qeyd edib.

24 dekabr 2025-ci ildə Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna üçün 20 maddəlik sülh planı elan edib. O, ərazi məsələsini və Zaporojye Atom Elektrik Stansiyasının nəzarətini ən problemli məsələ kimi müəyyən edib. Bunun ardınca Britaniyanın "The Times" qəzeti yenilənmiş sülh planının yalnız tərəflər arasındakı fikir ayrılıqlarını vurğuladığını və danışıqlarda sürətli irəliləyişin "mümkün olmadığını" yazıb.

Bu arada, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukraynadakı münaqişənin növbəti 90 gün ərzində başa çata biləcəyini bildirib.

Samir
 

0