Rusiya bu ölkələrə LPG ixracını kəskin şəkildə artırıb - SİYAHI

DÜNYA
17:15 / 26.12.2025
48

Rusiya yanvar-noyabr aylarında keçmiş Sovet respublikaları olan Orta Asiya və Əfqanıstana mayeləşdirilmiş neft qazı (LPG) ixracını təxminən ikiqat artıraraq 1,016 milyon metrik tona çatdırıb.

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, Moskva 2024-cü ilin dekabrında Ukraynadakı müharibə səbəbindən Rusiyadan LPG idxalına məhdudiyyətlər tətbiq edən Avropadan mayeləşdirilmiş neft qazı tədarükünü yenidən istiqamətləndirməyə məcbur olub.

Treyderlərin sözlərinə görə, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana tədarük hazırda Rusiyanın ümumi LPG ixracının təxminən 36%-ni təşkil edir.

Rusiya maye qazının regionda ən böyük alıcısı Əfqanıstandır. Qazaxıstanla birgə müəssisə olan KazRosGaz-dan tədarük də daxil olmaqla, Rusiya maye qazının ölkəyə tədarükü ilin ilk 11 ayında 1,5 dəfə artaraq 418.000 tona çatıb. Bu, (ən azı qismən) ABŞ sanksiyaları altında olan İrandan tədarükün azalması ilə əlaqədardır.

Qeyd: Mayeləşdirilmiş neft qazı təmizlənir və hazırlanır, daha asan saxlama və daşınma üçün yüksək təzyiq altında maye vəziyyətə çevrilir. Mayeləşdirilmiş neft əsasən ağır qazlardan, propan və butandan və az miqdarda doymamış karbohidrogenlərdən ibarətdir.

Əvvəllər bildirilirdi ki, bu ilin yanvar-oktyabr aylarında Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) ixracı əvvəlki illə müqayisədə 3,4% azalıb. Bu, oktyabr ayında, xüsusən də Çinə rekord həcmdə tədarüklərə baxmayaraq baş verib.

Həmçinin bildirilib ki, tammiqyaslı müharibənin başlamasından təxminən dörd il sonra Avropa Birliyi ölkələri hər ay Moskvanın hərbi ehtiyaclarına bir milyard avrodan çox investisiya yatırmağa davam edir və Rusiya qazı və nefti alırlar.

Samir

0