"Hesabatlılıq, qanunun aliliyi və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin mövcudluğu ölkədə gələcək sülh üçün əsas meyarlardır".
HİT.az xəbər verir ki, Avropa Şurasının baş katibi Alen Berset bu barədə "Politico"ya bildirib.
Onun sözlərinə görə, dövlətə dəymiş ziyana görə kompensasiya məsələləri ilə məşğul olacaq Ukraynanın Beynəlxalq İddialar Komissiyası artıq yaradılıb. Bu qurum qərarlar qəbul edərkən "Ukraynaya dəymiş Zərər Reyestrinə" etibar edəcək. Berset hesab edir ki, bu qurumun yaradılması "Rusiyanın məsuliyyət daşıması istiqamətində atılan addımlardan biridir". O, vurğulayıb ki, Avropa üçün ikinci sınaq qanunun aliliyi olacaq.
"İstənilən sülh və müharibədən sonrakı yenidənqurma Avropa İnsan Hüquqları Konvensiyası da daxil olmaqla, beynəlxalq hüquqa möhkəm əsaslanmalıdır", deyə Berset qeyd edib.
O hesab edir ki, Avropa üçün üçüncü sınaq isə təhlükəsizlik olacaq. Bersenin sözlərinə görə, Ukraynanın ölkəyə qarşı potensial gələcək hücumların qarşısını almaq üçün "etibarlı təhlükəsizlik zəmanətlərinə" və "etibarlı hüquqi çərçivəyə" ehtiyacı var.
Berse vurğulayıb ki, istənilən sülh müqaviləsində siyasi kompromislər "qaçılmazdır", lakin fundamental prinsiplərdən imtina etmək qəbuledilməzdir, çünki bu, "sabitliyə uzunmüddətli xərclər gətirir".
28 dekabrda ABŞ prezidenti Donald Tramp Floridada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Danışıqlardan sonra Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsinin 95% həll olunduğunu bildirib. Zelenski sülh müqaviləsinin 90% tamamlandığını bildirib. Bununla belə, o, ərazi məsələləri və Zaporojye Atom Elektrik Stansiyasının istismarı hələ də həll olunmayıb.
Samir


