Rusiyanın Orenburq şəhərində Şəhər Dumasının 52 yaşlı deputatı Aleksey Kuzmin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona artıq rəsmi ittiham irəli sürülüb.
Rəsmi qurumlar hələlik ittihamın mahiyyəti ilə bağlı ətraflı məlumat açıqlamayıblar. Lakin mediada yayılan və mənbələr tərəfindən təsdiqlənən qeyri-rəsmi məlumatlara görə, istintaqın Aleksey Kuzminə marağı muzdlu qatillərdən ibarət cinayət dəstəsinin işi ilə əlaqəli ola bilər.
Dekabrın əvvəlində Moskvada bu cinayət qruplaşmasının ehtimal olunan rəhbəri Aleksey Xudayev saxlanılıb. O, 5 il beynəlxalq axtarışda olub. Mənbələrin bildirdiyinə görə, Xudayev istintaqla əməkdaşlığa razılaşıb və sifarişli qətllərin təşkilatçıları barədə ifadələr verir.
İşə Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi baxır.
Rəsmi şəkildə sübuta yetirilmiş məlumatlara əsasən, sözügedən dəstənin hesabında çoxsaylı cinayət epizodları var. Qurbanlar arasında sahibkar Denis Çernov və onun azyaşlı oğlu, biznesmenlər Sergey Sedıx və Sergey İvanov, Veselovlar ailəsi, eləcə də “Qazpromtrans” şirkətinin keçmiş rəhbəri Andrey Baxarev (həyat yoldaşı və sürücüsü ilə birlikdə) yer alır.
Abbas

