Venesuelanın idarəçiliyi ona həvalə edildi

DÜNYA
11:35 / 04.01.2026
112

Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigesi dövlət başçısı vəzifəsini müvəqqəti icra edən təyin edib.

Hit.az-ın məlumatına görə, bu barədə yerli "Venezolana de Television" telekanalında hakim Tania Damelio bildirib.

Onun sözlərinə görə, Venesuela Ali Məhkəməsi ölkənin icraçı vitse-prezidenti Delsi Rodrigesə Venesuela Konstitusiyasına və qanunlarına ciddi şəkildə uyğun olaraq dərhal respublika prezidentinin səlahiyyətlərini yerinə yetirməyi tapşırıb.

Hakim izah edib ki, bu qərar Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 2026-cı il yanvarın 3-də baş vermiş xarici hərbi təcavüz və Venesuelanın konstitusiya prezidenti Nikolas Maduronun oğurlanması ilə əlaqədar verilib.

0