Sahibkarlıq dünyasında universiteti tərk edib milyarder olan Stiv Cobs, Bill Qeyts və Mark Zukerberq kimi adların uğur hekayələri illərdir bir əfsanə kimi danışılır. Lakin statistikalar tamamilə fərqli bir tablo təqdim edir. Araşdırmalar göstərir ki, uğurlu startapların böyük əksəriyyəti əslində bakalavr və ya magistr diplomuna sahib şəxslər tərəfindən qurulub.
HİT.az xəbər verir ki, nuna baxmayaraq, xüsusilə süni intellekt sahəsində baş verən sürətli inkişaflarla birlikdə, “məktəbi tərk etmək” trendi Silikon Vadisində yenidən populyarlaşıb. Dünyanın ən prestijli startap akselerator proqramı Y Combinator-un təqdimat günlərində gənc təsisçilərin “Məktəbi tərk etdim” ifadəsini bir qürur mənbəyi, hətta bir növ etimad göstəricisi kimi təqdim etdiklərinə şahid olduq.
Bəzi risk kapitalı mütəxəssisləri, bir tələbənin təhsilini yarımçıq buraxmasını, quracağı işə olan sarsılmaz inamın və həsrətin göstəricisi kimi qəbul edir. Amma süni intellekt sahəsinin öncül liderlərinə baxdığımızda, əksəriyyətinin diplomlarını aldığını görürük. Məsələn, "Cursor"un baş Maykl Truell MIT məzunudur, "Cognition"ın qurucu ortağı Skott Vu isə Harvard diplomuna sahibdir.
Yenə də yeni nəsil girişimçilər arasında diplomu gözləməyin “qatarı qaçırmaq” demək olduğuna dair ciddi bir qorxu hökm sürür. Bu panika o qədər irəli gedib ki, bəzi tələbələr diplomlarına bir neçə ay qalmış məktəbi tərk edir, çünki inanırlar ki, diplom investisiya cəlb etmək şanslarını azaldır.
Məktəbi tərk etməyin cazibəsi artsa da, təcrübəli investorlar məsələnin yalnız diploma bağlı olmadığını xatırladır. Ekspertlərə görə universitet yalnız dərslərdən ibarət deyil; orada ömür boyu davam edəcək sosial şəbəkələr və prestijli bir qurumun adı mövcuddur. "LinkedIn" profilinizdə həmin universitetin adı görünməsi, diplom sahibi olub-olmamağınızdan daha çox diqqət çəkir.
Yəni məktəbin təmin etdiyi sosial kapitalı əldə etdikdən sonra son mərhələdə ayrılmaq, investorların gözündə böyük fərq yaratmır. Əsas olan, o ekosistemdə yer almaq və əlaqələrdən səmərəli istifadə etməkdir.
Bəzi sektorda böyük oyunçular isə gənc girişimçilərdə hələ yetkinləşməmiş bir çatışmazlığa diqqət çəkir: Müdriklik. Yatırımcılar bir layihəni yalnız texniki bacarıqla deyil, keçmişdəki səhvlərdən öyrənilən dərslər və yaşanmış təcrübələrlə idarə etməyin vacibliyini vurğulayır. Bu səbəbdən, onlar daha əvvəl “bir neçə yara almış” təcrübəli şəxslərə etibar etməyi üstün tuturlar.
Samir


