ABŞ prezidenti Donald Tramp Venesuela müxalifət lideri Maria Korina Maçadonun prezident seçilməsinə yardım etməyi planlaşdırmır. Səbəb onun Trampa Nobel Sülh Mükafatını verməməsidir.
HİT.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti Ağ Evdəki mənbələrə istinadla yazır.
“Prezident Trampın Maçadoya dəstək göstərmək marağının olmaması onun Nobel Sülh Mükafatını qəbul etməsi ilə bağlıdır… Prezident bu mükafatı açıq şəkildə tələb etmişdi", deyə materialda bildirilir.
Qəzetin mənbələrindən biri bildirib ki, Maçadonun mükafatı qəbul etməsi Trampın gözündə onun “ən böyük günahı” olub. Bu halda da mükafat sahibi ABŞ prezidentinə hədiyyə etmişdi. Qeyd olunur ki, əgər Maçado həmin vaxt mükafatı rədd etsəydi, bu gün o, Venesuelanın prezidenti olardı.
Nobel Komitəsi Maçadoya mükafatı “Venesuela xalqının demokratik hüquqlarını irəli aparmaq üçün yorulmaz fəaliyyəti və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda mübarizəsi” səbəbindən təqdim edib.
3 yanvar tarixində ABŞ Silahlı Qüvvələri Venesuelaya hücum edib. Partlayışlar paytaxt Karakasda və Fort-Tiuna hərbi bazasında qeydə alınıb. Digər hədəflər arasında La-Karlota aviabazası, El-Vulkan rabitə stansiyası, La-Quaira limanı və bir sıra digər strateji obyektlər var idi.
ABŞ prezidenti əməliyyatı uğurlu adlandıraraq, amerikalı hərbçilərin Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi ələ keçirdiyini açıqlayıb.
Samir


