Şimali Koreya lideri Kim Çen In ABŞ-ın Venesuela lideri Nikolas Maduroyu ələ keçirdiyi günün ertəsi hipersəs raketlərini sınaqdan keçirib. Həmin vaxt Pxenyan ABŞ-ın hərəkətlərini pisləyib və onları “qanunsuz və amansız beynəlxalq qanun pozuntusu” adlandırıb.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Raketlərin atılması həm də Cənubi Koreya prezidenti Li Ce Myun Pekində Çin prezidenti Si Szinpin ilə görüşə hazırlaşdığı vaxt baş verib.
Ötən gün Cənubi Koreya hərbçiləri bildirib ki, bazar günü səhər Şimali Koreya raket atıb, ehtimal ki, ballistik raketlər olub və təxminən 900 km məsafə qət edib.
“Yaxın zamanda nüvə qüvvələrimizin praktik tətbiqi və real müharibəyə hazırlığı sahəsində mühüm nailiyyətlər əldə olunub. Biz hərb vasitələrini, xüsusilə hücum silah sistemlərini daim təkmilləşdirməliyik", deyə Kim Çen In bildirib.
Şimali Koreya lideri ABŞ-ın Karakasdakı əməliyyatlarından birbaşa danışmasa da, “son geopolitik böhran və mürəkkəb beynəlxalq hadisələr” ölkənin nüvə sarsıdıcı potensialını inkişaf etdirməyin vacibliyini göstərir.
Eyni zamanda, Kyonnam Universitetinin Uzaq Şərq Araşdırmaları İnstitutunun professoru Lim Ul-çul bildirib ki, Maduronun ələ keçirilməsi “Kimdə nüvə silahından imtina etməyin özünü məhvetməyə bərabər olduğunu” möhkəmləndirəcək.
“Bu, ehtimal ki, Koreya yarımadasının denukleerizasiyası səylərini daha da çətinləşdirəcək, Şimali Koreyanın davranışının proqnozunu çətinləşdirəcək və nüvə imkanlarının inkişafını daha da sürətləndirəcək,” deyə o vurğulayıb.
Öz növbəsində, Şimali Koreya Xarici İşlər Nazirliyi Vaşinqtonun hərəkətlərini “ABŞ-ın qəbuledilməz və amansız təbiətini” bir daha təsdiqlədiyini bildirib.
Samir


