Polşa baş naziri Donald Tusk Avropa İttifaqı ölkələrini silahlanmaya davam etməyə çağırıb.
HİT.az xəbər verir ki, o, bu barədə X sosial media hesabında yazıb.
"Heç kim zəif və parçalanmış Avropanı ciddiyə almayacaq: nə düşmən, nə də müttəfiq. Silahlanmaya davam etməliyik, əvvəlkindən daha çox birləşməliyik. Bir hamı üçün, hamı bir üçün. Əks halda, biz bitdik", deyə Tusk qeyd edib.
27 dekabrda Polşa Milli Müdafiə Nazirinin müavini Sezari Tomçik Polşa hökumətinin növbəti iki il ərzində ölkənin şərq sərhədi boyunca pilotsuz uçuş aparatlarından qorunmaq üçün nəzərdə tutulmuş genişmiqyaslı istehkam sistemi qurmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, layihənin ümumi dəyəri 2 milyard dolları keçəcək.
Pulemyotlar, raket sistemləri və elektron əks-tədbir sistemləri də daxil olmaqla yeni hava hücumundan müdafiə sistemləri təxminən on il əvvəl yaradılmış mövcud müdafiə infrastrukturuna inteqrasiya olunacaq. Tomçikin aydınlaşdırdığı kimi, bəzi silahlar yalnız müharibə dövründə istifadə olunacaq.
Samir


