"Hurriyet": ABŞ-ın Venesuelaya hücumu dünyada sistemli dəyişikliklərin başlanğıcı olacaq

DÜNYA
15:22 / 06.01.2026
130

ABŞ-ın Venesuelaya hücumu dünyada sistemli dəyişikliklərin başlanğıcı olacaq.

HİT.az xəbər verir ki, bunu Türkiyənin "Hurriyet" qəzeti yazıb.

Nəşr bildirir ki, dünya güc qaydalardan daha "yüksək səslə danışacaq" və Amerika hərbi strategiyasında enerji və nadir elementlərin rolu artacaq bir dövrə qədəm qoyur: "Hekayə yeni başlayır".

3 yanvar 2026-cı ildə ABŞ qüvvələri Venesuelaya hücum edərək prezident Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. 5 yanvar 2026-cı ildə Venesuela liderinin narkotik kartelinin yaradılması ilə bağlı cinayətlərə görə məhkəməsi başlayıb. Lakin işin mahiyyəti 2027-ci ilə qədər başlamayacaq.

Vitse-prezident Delsi Rodriges Venesuelanın müvəqqəti prezidenti təyin edilib. Tramp Rodrigesi düzgün qərarlar verməsə, "çox yüksək qiymət" ödəyəcəyi ilə hədələyib. Rodriges özü Trampı sülhə və dialoqa çağırıb.

Samir

0