İsveç Rusiya Federasiyası ilə sülh sazişi imzaladıqdan sonra Ukraynaya "Gripen" qırıcıları və Qara dənizin minalardan təmizlənməsi üçün resurslar verməyə hazırdır.
HİT.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson X sosial şəbəkəsində bildirib.
O, bu qərarı Parisdə Könüllülər Koalisiyasının iclasından sonra elan edərək, orada irəliləyiş əldə edildiyini qeyd edib:
"Ukraynada sülh sazişi əldə edildikdə, İsveç Ukrayna və Avropanın qalan hissəsi üçün təhlükəsizlik zəmanətlərinə töhfə verməyə hazırdır. Biz Ukraynada sülhü qorumağa, xüsusən də aşağıdakıların köməyi ilə hazırıq: Ukrayna üzərində hava nəzarəti üçün "Gripen" qırıcıları; Qara dənizdə mina təmizləmə üçün dəniz resursları; Ukrayna hərbi zabitlərinin təliminin davam etdirilməsi".
Kristersson vurğulayıb ki, ilkin şərt sülh sazişinin əldə edilməsi, çoxmillətli qüvvələrin istifadəsi üçün aydın qaydalar və parlament tərəfindən rəsmi təsdiqdir:
"İsveç Avropada sülhə töhfə verməyə hazırdır".
Samir


