Rusiya ordusubda kadr problemi: İtkiləri çətinliklə kompensasiya edir

DÜNYA
17:00 / 07.01.2026
121

Hazırda Rusiya ordusuna cəlbetmə cəbhədəki itkiləri çətinliklə kompensasiya edir.

HİT.az xəbər verir ki, bu fikri ukraynalı hərbi icmalçı Denis Popoviç “Radio NV”nin efirində səsləndirib.

“Onlarda təxminən plus-minus sıfır balans var. Rekrutinq və Rusiya Silahlı Qüvvələrinə yeni şəxslərin cəlb edilməsi hesabına ordunun cari tələbatını ödəyirlər. Amma həlledici üstünlük yarada bilmirlər. Buna görə də indi biz sıfır variantdayıq. Məsələ ondadır ki, bu sıfır mərhələdən keçək və elə şərait yaradaq ki, işğalçıların itkiləri Rusiyanın toplaya bildiyindən çox olsun”, deyə Popoviç bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə Rusiya üçün strateji ehtiyatı kəskin şəkildə formalaşdırmaq və Rusiya Silahlı Qüvvələrinin sayını artırmaq mümkün deyil. Ekspert qeyd edib ki, bunun üçün Moskva səfərbərlik elan etməlidir.

“2022-ci ildə keçirdikləri səfərbərlik kimi. Hələlik bu variantdan yayınırlar və başqa alətlərə əl atmağa çalışırlar. Bu, ehtiyatda olanlardır. Yeni ildən əvvəl Putin müvafiq fərman imzalayıb və ehtiyatçıları kritik əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb edir. Biz isə anlayırıq ki, bu, növbəti gün müqavilələr demək olacaq”, deyə Popoviç əlavə edib.

Ekspert həmçinin vurğulayıb ki, Rusiyada müddətli hərbi xidmət qaydaları dəyişdirilib. Əvvəllər çağırış payız və yaz aylarında aparılırdısa, 2026-cı ildən etibarən çağırış ilboyu davam edəcək:

“Bu da yenə potensial müqaviləli hərbçilər deməkdir. Bu yolla qoşunlarını doldurmağa çalışacaqlar. Amma səfərbərlik olmadan həlledici üstünlük yaratmaları çətin görünür”.

Samir


 

0