Tokio Pekinin ikili təyinatlı mallara qadağasına etiraz edib.
HİT.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Dünən Yaponiya Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı açıqlamalarından sonra Pekin Tokioya ikili təyinatlı malların ixracına məhdudiyyətlər qoyub. Ötən ilin noyabr ayında Takaiçi bildirib ki, Çin Tayvan üzərində nəzarəti ələ keçirməyə cəhd edərsə, Yaponiya özünümüdafiə qüvvələri yerləşdirəcək.
Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Asiya və Okeaniya Departamentinin direktoru Masaaki Kanai, Çin səfirliyinin müşaviri və müavininə bu tədbirlərin yalnız Yaponiyaya qarşı yönəldiyinə görə dərin təəssüfünü bildirib ki, bu, beynəlxalq təcrübəyə ziddir və qəbuledilməzdir".
"Bloomberg"in məlumatına görə, Yaponiya Çinin Tayvana qarşı güc tətbiq etmək təhdidi səbəbindən Ryukyu adalarında raket batareyaları, radarlar və sursat anbarları tikir.
Dekabrın sonlarında Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqanq Pekinin Tayvanla dinc yolla birləşməyə sadiq olduğunu, lakin lazımi tədbirlər görmək hüququnu özündə saxladığını bildirib. O, əlavə edib ki, Tayvan müstəqilliyini dəstəkləyən qüvvələr qırmızı xətti keçərsə, Çin ordusunun "qətiyyətli addımlar atmaqdan" başqa çarəsi qalmayacaq.
Samir


