ABŞ-ın "Chevron" enerji şirkəti və özəl investisiya fondu "Quantum Capital Group" Rusiya neft şirkəti "Lukoyl"un beynəlxalq aktivlərini almaq üzrə keçirilən hərraca birləşiblər.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
"Lukoyl" şirkətinə qarşı ABŞ sanksiyalar tətbiq edib. Əgər əməliyyat baş tutarsa, "Chevron" və "Quantum" aktivləri bölüşdürməyi planlaşdırır: "Lukoyl"un bu aktivləri 22 milyard dollar dəyərində qiymətləndirdiyi bildirilir
Vəziyyətlə tanış mənbələr bildirib ki, "Quantum"un rəhbərlik etdiyi təklif “Lukoyl”un bütün beynəlxalq aktiv portfelini əhatə edir. Bura neft və qaz hasilatı, neft emalı zavodları və Avropa, Asiya və Yaxın Şərqdə 2000-dən çox yanacaq doldurma məntəqəsi daxildir.
"Quantum" və "Chevron" uzunmüddətli perspektivdə bu aktivlərin sahibliyi və idarəçiliyini həyata keçirəcək. Mənbələrin bildirdiyinə görə, bu, Tramp administrasiyasının təsdiqini ala bilər. "Quantum" aktivləri Londondakı portfel şirkəti "Artemis Energy" ilə əməkdaşlıq çərçivəsində alır.
"Quantum"un təklifinin qiyməti hələ məlum deyil, şirkət şərh verməkdən imtina edib. "Chevron"un nümayəndəsi bildirib ki, şirkətin müxtəlif portfeli var və potensial imkanları qiymətləndirməyə davam edir: “Siyasətimizə uyğun olaraq, üçüncü şəxslərin açıqlamalarını şərh etmirik və kommersiya məsələlərini müzakirə etmirik”.
Bu iki şirkət “Lukoyl”un Rusiya xaricindəki aktivləri uğrunda mübarizədə növbəti iştirakçılardır. Bu aktivlərə həmçinin "Carlyle" və BƏƏ-dən "International Holding Company" də iddia edir.
Texaslı neft maqnatı Uill VanLo tərəfindən təsis edilmiş "Quantum" artıq Tramp administrasiyası ilə müraciəti barədə danışıqlar aparıb və mənbələrə görə, şirkət bildirib ki, təklifi strateji əhəmiyyətli enerji aktivləri üzərində amerika nəzarətini gücləndirəcək.
ABŞ hökumətinin yüksək rütbəli nümayəndəsi "Quantum"-"Chevron" təklifini alqışlayıb.
“Biz aktivlərin satışını hədəfləyirik ki, onların mülkiyyət hüququ amerikalı sahib və operatorun əlinə keçsin və məhdudiyyətsiz müddət üçün idarə olunsun. Təkrar satışı istəmirik, buna görə bu, cəlbedici seçimdir”, deyə rəsmi "Financial Times"a bildirib.
Əvvəllər “Lukoyl”un bir hissəsini almaq üçün öz müraciətini təqdim etməyi nəzərdən keçirən "Chevron" ABŞ şirkətinə məxsus və onu idarə edən Qazaxıstandakı Tengiz neft yatağında Rusiyanın 5%-lik payına maraq göstərə bilər.
ABŞ Maliyyə Nazirliyi şirkətlərə 17 yanvaradək “Lukoyl” ilə danışıqlar aparmaq icazəsi verib. Hər hansı əməliyyat ABŞ tənzimləyici orqanlarının təsdiqini tələb edəcək ki, bu da prezident Donald Trampa veto hüququ verir.
Samir


