Böyük Britaniyada arxeoloqlar dəmir dövrünə aid nadir bir döyüş borusu tapıblar. Tapıntının kelt tayfasına aid olduğu və əfsanəvi döyüşkən kraliça Boudicca rəhbərlik etdiyi dövrdə Roma ordusunun işğalına qarşı mübarizə ilə əlaqəsi ola biləcəyi ehtimal olunur.
HİT.az xəbər verir ki, "The "Guardian qəzetinin yazdığına görə, misdən hazırlanmış bu boru, yəni karnik (carnyx), Britaniyada tapılmış üçüncü nümunədir və dünyada ən tam qorunmuş nümunə hesab olunur.
Karni, vəhşi heyvan formasında dizayn olunub və uzun munshtuqa (ağızlığı) bağlanaraq döyüşçülərin başının üzərində qaldırılırdı. Bu, düşməni qorxutmaq üçün səs çıxarmağa imkan verirdi. Boru ötən yay, Qərbi Norfolkda yeni yaşayış kompleksi tikintisinə hazırlıq çərçivəsində aparılan qazıntılar zamanı aşkar edilib. Tapıntılar arasında dəmir dövrünə aid döyüş əşyaları da olub: Britaniyada nadir hesab olunan donuz başlı mis döyüş standartı və beş qalxan başlığı.
Maraqlıdır ki, xəzinənin tapıldığı ərazi İceni tayfasının torpaqlarında yerləşir. Bu tayfa Miladdan sonra 60-cı ildə Boudicca rəhbərliyində Roma ordusuna qarşı amansız, lakin uğursuz üsyan qaldırmışdı. Arxeoloqlar hesab edirlər ki, bu xəzinə I əsrdə basdırılıb.
Pre-Construct Archaeology şirkətinin icraçı direktoru Mark Hinman bildirib ki, bu xəzinə “karyerada və ömür boyu bir dəfə rast gəlinən tapıntıdır”.
“Arxeologiya ilə 40 ildən çox məşğulam və belə bir şey heç vaxt görməmişəm”, deyə o əlavə edib.
Bundan əlavə, tapıntının Boudicca kimi Britaniya dəmir dövrünün nadir tanınmış fiqurlarından biri ilə əlaqəli olması onu daha da xüsusi edir.
“Əşyaların böyük ehtimalla Miladdan sonra I əsrdə basdırıldığı ehtimal edilir və bu, bizi İcenilər və Boudicca ilə birbaşa yaxınlaşdırır. Əşyalar o qədər yüksək keyfiyyətdədir ki… İceni tayfasının və digər qrupların önəmli şəxsləri bu əşyaları tanıyardı”, deyə Hinman qeyd edib.
Hinmanın sözlərinə görə, yeni aşkar edilmiş karni uzun müddət istifadə olunduğunu göstərən təmir izlərinə malikdir. Boru basdırılmadan əvvəl qismən sökülmüşdü, qalxan başlıqları isə səliqəli şəkildə yerləşdirilmişdi. “Bütün boru və başlıq nisbətən tamdır və bu, tapılmış yeganə nümunədir ki, onun “qulaq” hissələri çıxarılmayıb”.
Samir


