Britaniya və Fransanın Ukraynaya stabilizasiya qüvvələri göndərməsi üçün minlərlə döyüşçü lazım olacaq ki, Rusiya atəşkəsi pozmaqdan çəkinsin.
HİT.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı ordusunun sabiq komandanı Ben Hoces "The Guardian" qəzetinə açıqlamasında bildirib.
O qeyd edib ki, bu həftə Parisdə Britaniya və Fransanın liderləri Ukrayna prezidenti Volodimir Zelenski ilə müzakirə etdikləri çoxmillətli qüvvələr, Kreml tərəfindən mümkün provokasiyalara qarşı kifayət qədər güclü olmalıdır.
"Koalisiya kifayət qədər real gücə və döyüş qaydalarına malik olmalıdır ki, hər hansı pozuntuya dərhal reaksiya verə bilsin. Kapitanlar Parisə və ya Londona zəng edib rus dronu ilə necə davranmalı olduqlarını öyrənə bilməzlər", deyə o bildirib.
General vurğulayıb ki, Rusiya hər hansı razılaşmaya əməl edəcək deyə gözləmək realist deyil. O, 2014–2022-ci illər arasında Rusiyanın bir neçə dəfə əvvəlki atəşkəs xətlərini pozmasını xatırladıb.
Hocesin fikrincə, ən azı Britaniya və Fransanın qoşunları dronlar və digər hücum formalarına qarşı müdafiə qabiliyyətinə malik olmalıdır, çünki çox ehtimal ki, Rusiya dərhal onların reaksiyasını yoxlayacaq: "Rusiya qoşunları ora baxıb görməlidir ki, bu oğlanlar ciddi niyyətdədir, sadəcə Lvov yaxınlığında kazarmalarda dayanmırlar".
Samir


